Piyadanı vurub qaçan sürücü tapıldı


15:00     06 Dekabr 2018 piyada5.jpg

Dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub.


DİN-dən Femida.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 360