Formula 1 Azərbaycan Qran-Prisi - “2018-ci ilin ən yaxşı yarışı” seçilib


15:37     06 Dekabr 2018 formula%201.jpg

2018-ci ildə Bakıda baş tutan Formula 1 yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.



Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Femida.az-a verilən məlumata görə, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib. Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. “Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 473