Həbibdən qadınlara məsləhət: "Həmişə ərinizi döyün"


15:45     06 Dekabr 2018 18_12_06_1544096914.jpg


Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

İdmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.

"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün Mütləq Döyüş Çempionatında (UFC) yaxşı şərait yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır. / oxu.az

Femida.az

Açar sözlər: #Həbib   #Nurməhəmmədov   #UFC   #qadın  

Oxunub: 904