Arvadını vəhşicəsinə öldürən ər təslim oldu


16:02     06 Dekabr 2018 tutuldu2.jpg


Arvadını qətlə yetirən Sumqayıt sakini polisə təslim olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində kirayədə yaşayan Beyləqan rayon sakini Yaqub Ağayev ailə münaqişəsi zəminində arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirib.

Y.Ağayev könüllü olaraq 1-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Qeyd edək ki, o, həyat yoldaşını qısqanclıq zəminində 40 bıçaq zərbəsi ilə qətlə yetirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 515