Nazirlik daha bir kasıb ailəyə kömək etdi - FOTO


16:24     06 Dekabr 2018 18_12_06_1544099013.jpg


Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlunun yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.


Femida.az xəbər verir ki, Nazirliyin mətbuat katibi Fazil Talıbov bu barədə məlumat yayıb. O, bildirib ki, vətəndaşın ailəsi altı nəfərdən ibarətdir:

"Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxsdir. Digər iki üzvü isə əmək qabiliyyətli olsa da, heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib.

İ.Şahverdiyev həmçinin bildirib ki, sayğacı olmadığı üçün elektrik enerjisindən istifadə edə bilmirlər. Vətəndaşın mənzilinin sayğac və elektirik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib.

Eyni zamanda ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, özünüməşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək".



Femida.az

Açar sözlər: #ƏƏSMN   #Fazil_Talıbov   #sosial   #yardım   #ailə  

Oxunub: 579