Külli miqdarda narkotik aşkar edilib
17:07 06 Dekabr 2018
Cari ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbirləri qətiyyətlə davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, il ərzində polis əməkdaşları tərəfindən həyata keçirilmiş uğurlu tədbirlər nəticəsində 80 narkotik faktı aşkar edilib. Aşkar edilmiş 80 faktdan 16-nı satış, 4-nü əkin, 60-nı isə saxlama faktı təşkil edib.
Ümumilikdə çəkisi 8 kq 267 qr qurudulmuş marixuana, 29.343 qr heroin, 25.34 qr tiryək, 26 ədəd çətənə kolu və 215 çətənə şitili qanunsuz dövriyyədən çxarılıb. Həmçinin yabanı halda bitmiş ümumi çəkisi 2 ton 247 kq olan 4510 ədəd çətənə kolu yandırılaraq məhv edilib. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- Külli miqdarda "Parliament"i Azərbaycana gətirə bilmədi
- Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Külli miqdarda narkotik maddə aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
- Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb