25 min ipoteka krediti verilib
18:41 06 Dekabr 2018
2006-cı ildən etibarən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 minə çatıb.
Fonddan Femida.az-a verilən məlumata görə, bu il ipoteka kreditlərinin verilmə prosesi sürətlənib, noyabrın sonunadək müvəkkil banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat) ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40 faiz artıb. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilib.
Bu il ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilib. Noyabrın sonuna qədər artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.
Fond tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi davam etdirilir.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- 25 yaşlı gəncin meyiti tapıldı
- 25 il məhkumluq həyatı yaşamış narkotacir tutulub
- 25 min manatı “Topaz”da uduzdu - "Hədələdilər, verdim" dedi
- 25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi
- 2500 qazi və şəhid ailəsi üzvü məşğulluğa cəlb edilib
- 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır
- 25 erməni əsgəri daşıyan hərbi maşın hərəkətdə olarkən məhv edilib - VİDEO
- 2500 maşının postlardan keçmək cəhdinin qarşısı alınıb
- 25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib - RƏSMİ
- 25 yaşlı qız Bakıda evlərdən oğurluq etdi