6 mindən çox sakinin işıq problemi həll olundu
17:14 06 Dekabr 2018
“Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaqlar”.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
"Azərişıq" rəsmisi deyib ki, Xırdalan şəhəri, Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş “Məhəmmədi” 35/10 kV-luq yarımstansiyasında adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənir: “Yəni istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılır. Əhali istehlakçı qrupları tam dayanıqlı fasiləsiz 24 saatlıq elektrik enerjisi təchizatı ilə təmin olunacaq”.
T.Mustafeyev, həmçinin qeyd edib ki, bu ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənir: “400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənir.
Masazır qəsəbəsində yeni inşa olunmuş 35 kV-luq yarımstansiyasından da əlaqələndirici xəttlər qidalanacaq. Nəticədə Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaq”.
ASC rəsmisinin sözlərinə görə, Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunacaq.
Oxunub: 498
Oxşar xəbərlər
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- 62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?
- 65 yaşlı kişinin meyiti tapılıb
- 6 manata görə quldurluq etdilər
- 6 yaşlı uşağa it HÜCUM ETDİ
- 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib
- 690 bal toplayan Prezident təqaüdçüsü yol qəzasında öldü
- 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib
- 6 ildə İİV-in anadan uşağa yoluxması qeydə alınmayıb
- 6 xəstəxanada pozuntular aşkarlandı - Sənədlər Baş Prokurorluğa göndərilib