Şaxta babanın “sirrini” açan müəllim məktəbdən qovulub


17:46     06 Dekabr 2018 18_12_06_1544102162.jpg

ABŞ-ın Nyu-Cersi ştatının məktəblərindən birində çalışan müəllim şagirdlərə Şaxta babanın mövcud olmadığını dedikdən sonra məktəbdən qovulub. Təhsil müəssisəsinin rəhbərliyi Milad rəvayətlərinin tərəfini tutaraq bu addımı atıb.

Bu haqda “Fox News” xəbər verib.

Müəllim dərs zamanı şagirdlərə bildirib ki, əslində, hədiyyələri şam ağacının altına onların valideynləri qoyur. Həmçinin, qadın pasxa dovşanı, diş pərisi, uçan Milad maralı, elflər və leprekonlar haqqındakı əfsanələrin də yalan olduğunu deyib. Telekanal qeyd edib ki, müəllim məktəbin rəsmi işçisi olmayıb. O, dərsə gələ bilməyən digər bir müəllimi əvəz edib.

Lakin şagirdlər müəllimin dediklərini ürək ağrısı ilə qəbul ediblər. Bir çox birinci sinif şagirdi məktəbi gözüyaşlı tərk edib. Uşaqların valideynləri isə müəllimin bu məntiqsiz hərəkətinə əsəbiləşiblər.

Məktəbin direktoru Maykl Rac bildirib ki, bu cür hərəkətlər yolverilməzdir və Milad bayramı öncəsi uşaqların arzularını və gözləntilərini məhv edir.

Açar sözlər:

Oxunub: 592