Minks qrupu nazirlərin görüşü barədə bəyanat yaydı
18:35 06 Dekabr 2018
Milanda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa), Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həlli istiqamətində işləri davam etdirəcəkləri barədə razılığa gəldilər.
Femida.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin nazirlərin Milanda keçirilən görüşünün yekunu ilə bağlı yaydığı birgə bəyanatında deyilir.
"Həmsədr ölkələr sentyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Düşənbədəki sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasındakı söhbətdən sonra atəşkəsin pozulma halları və itkilərin əhəmiyyətli dərəcədə azalmasını təqdir ediblər. Vasitəçilər tərəfləri Düşənbədə əldə olunan anlaşmaların tətbiqini davam etdirməyə və öz xalqlarını sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırıb. Həmsədr ölkələr ümid etdilər ki, münaqişənin ədalətli və davamlı həllini təşviq etmək yolunda gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli və nəticəyönümlü intensiv dialoq baş tutacaq" - bəyanatda deyilir.
Həmçinin vurğulanır ki, Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı münaqişənin sülh yolu ilə nizamlanmasını və gərginliyin daha da azaldılmasını təşviq etmək üçün intensiv iş aparacaqlarını təsdiqləyiblər: " Bu məqsədlə və yüksək səviyyəli danışıqları təşviq etmək üçün nazirlər ATƏT-in Minsk qrupunun mandatı altında 2019-cu ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər."
Bəyanatda o da qeyd olunur ki, tərəflər münaqişənin həlli istiqamətində həmsədr ölkələrin aktiv iştirakını və yaxşı niyyətli vasitəçilik səylərini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini təqdir ediblər.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM