Sankt-Peterburqda MDB liderlərinin görüşü keçirilib


19:15     06 Dekabr 2018 18_12_06_1544109364.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən zirvədə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Femida.az “Belta”ya istinadən xəbər verir ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti bu gün Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasından dərhal sonra başlayıb. Dostluq atmosferində qeyri-rəsmi nahar formatında keçirilən MDB dövlət başçılarının zirvə görüşündən öncə liderlər xatirə şəkli çəkdiriblər.

Zirvə görüşünün əvvəlcədən müəyyənləşdirilmiş konkret gündəliyi olmayıb. Liderlər cari ildəki əməkdaşlığın yekunlarını, əvvəllər əldə olunmuş razılaşmaların icrası və MDB məkanında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və gələcək inkişafını müzakirə ediblər.

Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü Rusiyanın ilk müasir əyləncə-mədəniyyət mərkəzi olan “Leninqrad Mərkəzi”ndə keçirilir. Mərkəz Potyomkin küçəsində, 100 ildən çox mədəniyyət və incəsənət tarixi olan iqamətgahda yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 563