KTMT Qarabağla bağlı təzyiq alətini işə salmalıdır - Paşinyan


20:05     06 Dekabr 2018 18_12_06_1544109523.jpg

“KTMT-nin baş katibi vəzifəsilə bağlı məsələ təşkilata üzv dövlətlərin qarşılıqlı öhdəliklərilə bağlı yaranmış problemlərin müzakirəsi üçün sadəcə bir bəhanədir. Biz bilməliyik ki, kimə güvənə bilərik, kimə isə yox.”

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyada işçi səfərdə olan Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Sankt-Peterburqdakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, əslində baş katib məsələsi ətrafında yaranan gərginlik İrəvan üçün ən az əhəmiyyətlidir. Çünki Ermənistanın bir nömrəli prioriteti odur ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı KTMT Azərbaycana qarşı təzyiq rıçaqından istifadə etsin.

“Əminəm ki, KTMT Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə etmək istəyinin qarşısını ala bilər. Və sual yaranır: KTMT özünün bu alətindən (Azərbaycana təzyiq) istifadə edəcək, ya yox? Bu sual bizim üçün strateji əhəmiyyət kəsb edir. Baş katib məsələsi isə ikinci, hətta 50-ci dərəcəli məsələdir. Qoy orda əbədiyyən Belarus nümayəndəsi olsun, amma bir şərtlə ki, bu halda bizim bütün qarşılıqlı öhdəliklərimiz yerinə yetirilsin. Bizə formal statuslar lazım deyil” – Paşinyan vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 597