Səhiyyə naziri qəbul keçirəcək


20:21     06 Dekabr 2018 oqtay%20shireliyev12.jpg

Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 7-də saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayonları sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər MRX-də qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 538