18 cinayətin üstü açıldı


10:02     07 Dekabr 2018 cinayetkar%20deste.PNG

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 6-da 121 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 316