Kürdəmirdə ölümlə nəticələnən qəza


12:32     07 Dekabr 2018 qeza.jpg

Dekabrın 7-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 307