Putin və Ərdoğan dekabrda görüşəcək


19:58     15 Oktyabr 2015 erd6.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın sonunda Rusiyanın Tatarıstan Respublikasına səfər etməyi planlaşdırır.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib. O bildirib ki, R. T. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulur: “Dekabrın sonunda iki ölkə liderinin Kazanda, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında görüşməsi gözlənilir”.

Səfir qeyd edib ki, Rusiya və Türkiyə arasında sıx təmaslar müntəzəm olaraq davam edir.

Açar sözlər:

Oxunub: 744