İşsizlərin sayı açıqlandı


19:45     15 Oktyabr 2015 issiz8.jpg

Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara Azərbaycanda əsasən iqtisadi fəal əhalinin sayı 4891,6 min nəfər olub, onlardan 4656,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1509,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,0 min nəfər, qeyri-dövlət sektorunda isə 629,8 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,9 min nəfər, qeyri-neft sektorunda isə 1474,9 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,7%-i tikinti, 6,5%-i emal sənayesi, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i mədənçıxarma sənayesi, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,3 saat təşkil edib.

Bu il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,0 min nəfər olub, onların 38,6%-ni qadınlar
təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 255,4 manat olub.

Açar sözlər:

Oxunub: 980