SOCAR Rumıniyada 41-ci yanacaqdoldurma məntəqəsini açdı


16:41     07 Dekabr 2018 2018/12/socar_1_1544186582.jpg


Rumıniyanın Timis regionunda SOCAR brendi ilə üçüncü yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu, Rumıniyada SOCAR brendi ilə açılan 41-cı yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə “SOCAR Petroleum” şirkəti "Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir. SOCAR YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 19 rayonunda YDM şəbəkəsinə malikdir. “SOCAR Petroleum S A” 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 567