Bakıda quldurluq edən qohumlara cəza verildi


17:43     07 Dekabr 2018 18_12_07_1544188823.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az -ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Muradov doqquz il, R.Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində iki naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş S.Muradov və R.Qurbanov olduğu müəyyən edilib. Daha sonra həmin şəxslər saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 450