Müəllim və valideynlərin müraciətləri dinlənilib
19:53 07 Dekabr 2018
Dekabrın 7-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin yaradılması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
İdarədən Femida.az-a bildirilib ki, Bakıdakı 27 nömrəli tam orta məktəbdə Xətai və Suraxanı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, birnövbəli sistemə keçid, buraxılış imtahanlarındakı dəyişikliklər və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb