Bakıda intihara cəhd


20:13     15 Oktyabr 2015 aTMAQ%20IS.jpg

Bakıda 23 yaşlı oğlan 16-cı mərtəbədən özünü atmaq istəyib.


Femida.az-ın məlumatına görə, hadisə bu gün saat 14.30 radələrində paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb. Tikintisi hələ başa çatmamış hündür mərtəbəli binanın 16-cı mərtəbəsinə çıxan kişi özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri özünü atmaq istəyən şəxsi fikrindən daşındıra biliblər və intihar cəhdinin qarşısı alınıb.

Araşdırmalar zamanı intihara cəhd edən şəxsin Şəmkir rayon sakini, 1992-ci təvəllüdlü Tamerlan Ələsgərli olması müəyyənləşib. İlkin araşdırmalarla o da məlum olub ki, T. Ələsgərlininin əmisi ilə arasında mənzil problemi olub. Bu problemi məhkəmə yolu ilə həll edə bimədiyi üçün o intihara cəhd edib.

Məlumata görə, T. Ələsgərli bundan əvvəl də bir dəfə belə bir addım atıb və bu onun ikinci intihara cəhdidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 922