Xırdalanda avtobusu aşdı - 9 sərnişin yaralandı
22:10 07 Dekabr 2018
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Bundan əvvəl Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb. / Report
Femida.az
Oxunub: 868
Oxşar xəbərlər
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb
- Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Xırdalanda gənci avtomobil vurub
- Xırdalanda daha bir narkotacir saxlanılıb
- Xırdalanda su kəsiləcək
- Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
- Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb
- Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Xırdalanda ər 22 yaşlı arvadını öldürdü