Bakı-Sumqayıt yolundakı avtobus qəzasına minik avtomobilləri səbəb olub - AÇIQLAMA
22:21 07 Dekabr 2018
Bakı-Sumqayıt yolunda 119 saylı sərnişin avtobusunun ilkin olaraq hansı səbəbdən aşdığı məlum olub.
Femida.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin versiyi məlumata görə, qəzanın avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub.
"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq", - deyə o bildirib.
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günləri üçün hərəkət qrafiki açıqlanıb
- Bakı-Sumqayıt yolunda hərəkət dayandı - SƏBƏB
- Bakı-Sumqayıt qatarının sürəti azaldılıb
- Bakı-Sumqayıt qatarı 4 gün işləməyəcək
- Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir
- Bakı-Sumqayıt qatarının fəaliyyəti bu tarixdən bərpa edilir
- Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək
- Bakı-Sumqayıt yolunda təmir işləri bu tarixdə bitəcək