Koçaryan həbs olundu


09:58     08 Dekabr 2018 18_12_08_1544248761.jpg


Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan həbs olunub.

Femida.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vaneçyan deyib.

Qeyd edək ki, Ermənistanın Apellyasiya Məhkəməsi Koçaryanın vəkillərinin şikayətini təmin etməyib və sabiq prezidentin həbsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişiklik etmədən qüvvədə saxlayıb.

Femida.az

Açar sözlər: #Koçaryan   #Ermənistan   #həbs   #siyasət  

Oxunub: 580