İşsiz gənclərə ŞAD XƏBƏR
10:10 08 Dekabr 2018
Gənclərin məşğulluq problemlərinin həlli istiqamətində daha bir proqram həyata keçiriləcək.
Femida.az -ın Xezerxeber.az-a istinadən məlumatına görə, Gənclər Fondunun reallaşdıracağı məşğulluq proqramında bir sıra maraqlı məqamlar yer alıb. Müxtəlif şirkətlərin, gəncləri işə qəbul etmələri üçün proqramda stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, artıq proqramın icrası ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanılıb. Yaxın aylarda yekunlaşacaq danışıqlar zamanı mövcud vakansiyalar, eləcə də kvotalar müzakirə edilir. Bu proqrama qoşulmaq isə çox sadədir.
Proqram çərçivəsində heç bir iş təcrübəsi olmayan yüzlərlə gəncin işlə təmin ediləcəyi gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 1095
Oxşar xəbərlər
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- “Lider TV”nin müflis elan edilməsi ilə bağlı qərar verildi
- “Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırıldı
- “Palmali Holding" müflis elan edilib
- Nazirlik iş elanı verdi
- Azərbaycanda yeni şirkət yaradıldı: İşsiz vətəndaş qalmayacaq
- DİN iş elanı verib
- Baş Prokurorluq iş elanı verdi
- 500 vəzifə yeri üçün müsabiqə elan edildi