Paşinyan əsirlərin qaytarılmasından niyə boyun qaçırıb? - SƏBƏB


11:38     08 Dekabr 2018 18_12_08_1544255203.jpg


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sank Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə dialoqu barədə açıqlama verib.


Femida.az erməni KİV-ə istinadən bildirir ki, Paşinyan azərbaycanlı və erməni əsirlərin qarşılıqlı olaraq qaytarılması barəsində razılığa gəlmədiklərini qeyd edib.

Onun bəyanatına əsasən, Azərbaycan bütün azərbaycanlı və erməni əsirlərin qarşılıqlı şəkildə ekstradisiyasını tələb edib. Ancaq Ermənistan bu məsələni qondarma DQR-lə müzakirə etməyi təklif edib.

Azərbaycan tərəfi isə heç bir hüquqi əsası olmayan və separatçı rejimin hökm sürdüyü DQR-lə müzakirəni əsassız sayıb.

Qeyd edək ki, bu bir daha Azərbaycan tərəfinin humanist davranışlarının göstəricisidir. Ermənilər bir daha insani dəyərlərdən uzaq olduğunu göstərib.

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #əsir   #MDB   #siyasət  

Oxunub: 636