Bunu da etdilər: Burnunda heroin keçirən şəxs saxlanıldı


13:31     08 Dekabr 2018 18_12_08_1544262224.jpg


Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Femida.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, o, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib. Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #DGK   #gömrük   #heroin   #İran  

Oxunub: 445