İtaliyada gecə klubunda izdiham - 6 ölü, 100 yaralı


14:22     08 Dekabr 2018 2018/12/1544249051_1544263789.jpg

İtaliyanın şimalındakı sahil şəhəri Ankonada bir gecə klubunda baş verən izdihamda 6 nəfər həyatını itirib, 100 nəfər yaralanıb.

Gecə klubu içərisində bibər qazı sıxıldığı və təlaşa bunun səbəb olduğu irəli sürülüb. Bu iddia hələ rəsmən təsdiq olunmayıb. "BBC"-nin xəbərinə görə, "Lanterna Azzura" adlı məkanda İtaliyanın ən tanınmış rep ifaçılarından Sfera Ebbastanın konserti zamanı meydana gələn hadisə yerli vaxtla gecə yarısı saat 01:00 radələrində baş verib. Yaralıların Seniqalliya və Ankonadakı xəstəxanalara çatdırıldığı bildirilib. Yaralılardan 10-nun vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 426