Oğuzda yol qəzası - Xəsarət alanlar var


15:50     08 Dekabr 2018 2018/12/336d600f-2213-4d77-ad9c-46a85ca229b1_1544269467.jpg

Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.



Hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48-BC-340 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə, 36-BF-473 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/

Femida.az

Açar sözlər:

Oxunub: 468