Millinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq?

Millinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq?


16:04     08 Dekabr 2018 millil-yigma_800x600.jpg


Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq.

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.

E.Məmmədov, həmçinin bildirib ki, indiyə qədər milli komanda üçün bütün şərait yaradılıb: “Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsümdə UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.

Qeyd edək ki, bu gün Qurban Qurbanov milli komandanın baş məşqçisi postunan istefa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 195