“Qanuni oğru”ların “göy-göyərti” davası


21:02     15 Oktyabr 2015 goy%20g.jpg

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt restoranında toplaşan kriminal avtoritetləri saxlayıb.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “qanuni oğru”ların yezidilərlə gürcü qruplaşmaları arasında yaranan münaqişəni həll etmək üçün toplaşdıqları məlum olub.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları Matsik ləqəbli Qvaramiya Maxare, Torçik ləqəbli Nuqraz Torçinava, Şalva Roko Xuçua və Vitalik Maxaçkalinski kimi avtoritetləri saxlayıblar.

Yezidilərlə gürcülər arasında konflikt Ded Xasanın adamlarına tabe olan yezidi klanının onun ölümündən sonra başsız qalması ilə başlayıb. Daxili çəkişmələr yezidi klanını zəiflədib və digər qruplaşmalarla qarşı-qarşıya qoyub.

Məlumata görə, “gürcü”lərlə “yezidi”lər paytaxtın ərzaq bazarlarına xüsusilə də, Azərbaycandan gətirilən göyərtiyə nəzarət edirlər.

Açar sözlər:

Oxunub: 1477