Kürdəxanı yolunda daha bir ölüm hadisəsi


19:40     08 Dekabr 2018 18_12_08_1544283656.jpg

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, analoji hadisə ötən ay da yaşanmışdı. İlhamə İslamova adlı piyada yolu keçmək istəyərkən müəyyən edilməmiş avtomobillə vurularaq öldürülmüşdü

Açar sözlər:

Oxunub: 350