Ağdamda brakonyer saxlanılıb


19:44     08 Dekabr 2018 18_12_08_1544283758.jpg

Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.
Bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Açar sözlər:

Oxunub: 458