Parisdə aksiya zamanı 30 nəfər yaralanıb


20:13     08 Dekabr 2018 18_12_08_1544285704.jpg

u gün Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyalarında 30 nəfər xəsarət alıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan 3-ü polis əməkdaşıdır. "Sarı jiletlilər"in etirazının qarşısını almağa çalışan polislərlə nümayişçilər arasında qarşıdurma yaşanıb. Nəticədə polis bibər qazı, dəyənək və yüksək təzyiqli sudan istifadə edib.

Fransanın Daxili İşlər Nazirliyi aksiyalar zamanı 700 nəfərin saxlanıldığını rəsmən bəyan edib. Bildirilib ki, "Sarı jiletlilər"in etirazına 31 min nəfər qatılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 601