Ermənistanda parlament seçkiləri keçirilir


09:19     09 Dekabr 2018 big_1419494660_secki.jpg


Ermənistanda parlament seçkilərinə start verilib.



Femida.az xəbər verir ki, saat 08:00-da bütün ölkədə 2010 seçki məntəqəsi açılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.

Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 243