Ağ Evin Aparat rəhbəri istefa verəcək


09:56     09 Dekabr 2018 18_12_09_1544334474.jpg

ABŞ prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb.

Femida.az bildirir ki, Tramp Con Kellinin ilin sonunda postundan gedəcəyini deyib:

"Biz Conun yerinə gələcək şəxsin adını elan edəcəyik. Həmin şəxs bu vəzifəni müvəqqəti də idarə edə bilər. Mən bunu yaxın 1-2 gün ərzində elan edəcəm. Mən onun (Conun) xidmətinə çox dəyər verirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 464