Paris etirazlarında saxlanılanların sayı 1700 nəfəri ötdü


12:12     09 Dekabr 2018 18_12_09_1544343218.jpg

Fransada "sarı jiletlilər"in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açılqmaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 341