Rayonlara vaksinlər göndərilib


12:22     09 Dekabr 2018 18_12_09_1544343836.jpg

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 2019-cu il üzrə heyvanlara dövlət tərəfindən təminatı aparılacaq vaksinlər rayonlara çatdırılıb.

Femida.az xəbər verir ki, bu barədə Azvision.az-a açıqlamasında Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib. O bildirib ki, gələn ildən vaksinlərin vurulmasına başlanılacaq.

"Heyvanların sayına uyğun vaksinlər vurulacaq. Diaqnostik kabinetlərin maddi texniki təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bundan əlavə, laboratoriyalar fəaliyyət göstərəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 346