Ermənistanda seçici səs verə bilmədi - Namizədləri tanımırmış


13:33     09 Dekabr 2018 2018/12/C22631F4-803C-49AD-8D98-20AD02656B5C_1544348363.jpeg

Ermənistanda parlament seçkilərində seçici səs verə bilməyib.

Femida.az bildirir ki, Trend-in "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, seçici seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb.

Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici, öz növbəsində, bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır.

Daha sonra seçici zərf seçki qutusuna atıb və lakin "Sputnik Armenia"nın müxbirinə səs verə bilmədiyini və səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.

Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparır - 9 partiya və 2 blok.

Femida.az

Açar sözlər:

Oxunub: 320