Sarkisyan üzə çıxdı, amma danışmadı

Sarkisyan üzə çıxdı, amma danışmadı


16:56     09 Dekabr 2018 2015-06-27-10-11-44serj-sarkisyan-full-640.jpg

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət içinə çıxıb.

Femida.az virtualaz.org-a istinadən bildirir ki, Sarkisyan ölkəsində keçirilən növbədənkənar parlament seçkilərinə qatılaraq səsvermə hüququndan istifadə edib.

Jurnalistlər seçki ilə bağlı ondan münasibət öyrənməyə çalışsalar da, Sarkisyan "mən sizə müsahibə verməyəcəyəm" deyərək seçki məntəqəsini tərk edib.

Eks-prezident öncəki seçkilərdən fərqli olaraq, bu dəfə səsverməyə xanımı ilə deyil, tək gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 228