İranda terrora görə dörd nəfər həbs edilib


17:43     09 Dekabr 2018

İranın Çabahar şəhərində törədilmiş terror aktına görə 4 nəfər həbs edilib.
Femida.az İran KİV-lərinə istinadən xəbər verir ki, təhqiqat zamanı Zahidan şəhərinin 4 sakini şübhəli şəxs qismində saxlanılıb. Onlar Çabaharda törədilən terror aktının təşkilində ittiham edilirlər.

Qeyd edək ki, dekabrın 6-də Çabahar şəhərində terrorçu kamikadze partlayıcı quraşdırılmış avtomobili şəhərin polis idarəsinin binası üzərinə sürüb. Baş verən partlayışda iki polis əməkdaşı həlak olub, 45 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 273