İraq yenə sel suları altında qaldı, 7 nəfər öldü


18:27     09 Dekabr 2018 18_12_09_1544365713.jpg

İraqda 5 gündür davam edən aramsız leyasan yağışları ciddi fəsadlara səbəb olub.

Femida.az xəbər verir ki, mosullu qaçqınların məskunlaşdıqları Dibəgə, Səlamiyə və Hamamualil çadır şəhərcikləri sel suları altında qalıb. Hazırda qaçqınları xilas etmək üçün tədbirlər aparılır.

Nəmrud düşərgələrində də bənzər hadisələr yaşanıb və 4 nəfər ölüb.

Türkmənlərin yaşadığı Rəşidiyyə və Kubba kəndlərində isə sel suları 2 nəfərin ölümünə səbəb olub.Daha bir nəfər isə Kelar ilə Dərbəndixan şəhərləri arasında körpnünü uçması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, ötən ay İraqda baş verən sel fəlakəti və fırtınada 21 nəfər ölmüş, 180 nəfər də yaralanmışdı.

Açar sözlər:

Oxunub: 464