“Toyota” 13 mindən çox avtomobili geri çağırır


19:16     09 Dekabr 2018 18_12_09_1544368329.jpg

“Toyota” şirkəti 13 min 48 ədəd avtomobili Çindən geri çağırır.
Femida.az xəbər verir ki, buna səbəb avtomobillərdə işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlardır.

Geri çağırılan avtomobillər əsasən cari ilin mart ayından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modellidir. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.

Açar sözlər:

Oxunub: 311


Oxşar xəbərlər