Paşinyanın bloku seçkilərdə qalib gəldi


09:13     10 Dekabr 2018 2018/05/pasinyan-1_1525855227.jpg

Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan" və (8,27% səs) "İşıqlı Ermənistan" (6,37% səs) partiyaları parlamentə keçir.

Femida.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün" fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.

Femida.az

Açar sözlər:

Oxunub: 303