Gəncədə qətl - Gədəbəy sakinini öldürdülər


12:15     10 Dekabr 2018 1351597684_bicaqlama_7_700x390.jpg

Dekabrın 10-da saat 1 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Katibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Goranboy rayon sakini Azər Nağıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 542