Xəzərdə balıqçılar köməksiz qaldı


09:47     10 Dekabr 2018 baliqci.jpg

Dekabrın 6-da Xəzər dənizinində köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib.


Femida.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dənizin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sahildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilib.

Xilas edilmiş şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 391