15 günə 77 min cərimə yazıldı


12:09     10 Dekabr 2018 EKOLOGIYA%20VE%20TEBII.PNG

Noyabrın 15 günü ərzində ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar 63 iş üzrə 77000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Araşdırma zamanı qanun pozuntularına görə 359 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 94 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 63 iş üzrə 77000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 153959,43 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 359 iş üzrə 56361,57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 42, icra qurumlarına 45, məhkəmələrə isə 20 iş göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 310