Novxanıda ağır qəza - 1 ölü, 2 yaralı


13:20     10 Dekabr 2018 qeza_yeni.jpg

Dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 404