Qadının məhkəməsi keçirilib - 600 min manat


22:45     15 Oktyabr 2015 manat.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, məhkəmədən işin araşdırılmasını istəyib: "Svetlana Quliyevanın himayəsində yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə heyətindən bunu nəzərə almağı və işin yenidən araşdırılmasını xahiş edirəm".

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.
Xatırladaq ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək S.Quliyevanın 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlayan Bakı şəhər sakini Svetlana Quliyeva tutulub.

Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, S.Quliyeva evlərdən ümumilikdə 600 min manat pul oğurlayıb
.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur./report/

Açar sözlər:

Oxunub: 912