Səfər Mehdiyev hindistanlı səfirlə görüşüb


14:59     10 Dekabr 2018 2018/12/fd_1544439671.jpg

Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.


Femida.az xəbər verir ki, səfiri səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin dah da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.

Görüşdə, yaxın zamanlarda imzalanması gözlənilən “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 391